İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Insurance , Life & Health Insurance

Hüquqi aktların ekspertizası şöbəsinin mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquqi aktların ekspertizası şöbəsinin mütəxəssisi

  • Истекает 10 апрель 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Hüquq istiqaməti üzrə ali təhsil;
  • Təcrübə: Hüquqşünaslıq üzrə minimum 1 il iş təcrübəsi (dövlət qurumlarında iş təcrübəsi üstünlükdür);
  • Texniki biliklər: Microsoft Office (Word, Excel, Outlook) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
  • Rəsmi yazışmaların, məktub və sənədlərin hazırlanması bacarığı.
  • Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Agentliyin təşəbbüsü ilə təqdim edilən qanun, fərman və qərar layihələrinin, digər normativ sənədlərin hazırlanması və onlara dair rəy və təkliflərin hazırlanması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • Agentliyə daxil olan və Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər qanunvericilik sənədlərinin, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Agentliyin daxili normativ sənədlərinin hazırlanması və təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halların araşdırılması;
  • Agentlikdə normativ hüquqi aktlarla təminatın yaxşılaşdırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Test mərhələsi
  • Müsahibə mərhələsi

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Daily0
  • Weekly155
  • Monthly138