Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Hüquq istiqaməti üzrə ali təhsil;
- Təcrübə: Hüquqşünaslıq üzrə minimum 1 il iş təcrübəsi (dövlət qurumlarında iş təcrübəsi üstünlükdür);
- Texniki biliklər: Microsoft Office (Word, Excel, Outlook) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Rəsmi yazışmaların, məktub və sənədlərin hazırlanması bacarığı.
- Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları.
Vəzifə öhdəlikləri:
- Agentliyin təşəbbüsü ilə təqdim edilən qanun, fərman və qərar layihələrinin, digər normativ sənədlərin hazırlanması və onlara dair rəy və təkliflərin hazırlanması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
- Agentliyə daxil olan və Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər qanunvericilik sənədlərinin, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Agentliyin daxili normativ sənədlərinin hazırlanması və təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
- Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halların araşdırılması;
- Agentlikdə normativ hüquqi aktlarla təminatın yaxşılaşdırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Test mərhələsi
- Müsahibə mərhələsi
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!