Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil (hüquq və ya maliyyə sahələri üzrə olması arzuolunandır);
- Təcrübə: Keyfiyyət təminatı və ya keyfiyyətə nəzarət fəaliyyətlərini idarə etmək üzrə minimum 3 il təcrübə;
- Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Keyfiyyətə dair proqram təminatları və ERP sistemləri ilə işləmək bacarığı;
- Şəxsi bacarıqlar: Layihələrin idarə olunması, komandada işləmə, vaxtın idarə edilməsi, kommunikasiya, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları, dəqiqlik və sistemlilik;
- Dil bilikləri: İngilis dili və rus dili bilikləri üstünlükdür;
Digər tələblər:
- ISO 9001, Six Sigma və ya digər beynəlxalq standartlara əsaslanan Keyfiyyət İdarəetmə Sistemlərinin qurulması, tətbiqi və saxlanması üzrə praktiki təcrübə;
- ISO 9001:2015 standartı üzrə bilik və bu sahədə audit prosesləri ilə tanışlıq;
- Lean, Six Sigma və digər metodologiyalarla davamlı təkmilləşmə və keyfiyyət layihələrində iştirak təcrübəsi;
- Keyfiyyət komandalarına və funksiyalararası qruplara rəhbərlik, həmçinin işçilərin bu sahədə təlimləndirilməsi və dəstəklənməsi bacarığı;
- Daxili, xarici və təchizatçı auditlərinin, eləcə də uyğunluq qiymətləndirmələrinin aparılması təcrübəsi;
- Təchizatçı keyfiyyətinin idarə olunması və tənzimləyici qurumlarla əməkdaşlıq təcrübəsi;
Vəzifə öhdəlikləri:
- ISO 9001 və ya digər uyğun standartlara əsaslanan Keyfiyyət İdarəetmə Sistemlərinin inkişaf etdirilməsi, tətbiqi və davamlılığının təmin edilməsi;
- Daxili auditlərin planlaşdırılması və həyata keçirilməsi, eləcə də sertifikatlaşdırma orqanları ilə xarici auditlərin koordinasiyası;
- Keyfiyyət komandası ilə sıx əməkdaşlıq edərək əməkdaşlara təlimlərin təşkili və proseslərdə dəstəyin göstərilməsi;
- Keyfiyyət göstəriciləri üzrə hesabatların hazırlanması və tapıntıların rəhbərliyə təqdim olunması.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Lev Tolstoy küçəsi 170;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Praktiki tapşırıq/test mərhələsi
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!