Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment və digər əlaqəli sahələr üzrə olması arzuolunandır);
- Təcrübə: Keyfiyyəti idarəetmə, Biznes proseslərin idarə edilməsi və ya keyfiyyətə nəzarət fəaliyyətlərini idarə etmək üzrə minimum 2 il təcrübə;
- Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Keyfiyyətə dair proqram təminatları və ERP sistemləri ilə işləmək bacarığı;
- Şəxsi bacarıqlar: Layihələrin idarə olunması, komandada işləmə, vaxtın idarə edilməsi, kommunikasiya, konfliktlərin idarə edilməsi, ünsiyyət, problemlərin həlli, dəqiqlik və sistemlilik bacarıqları;
- Dil bilikləri: İngilis dili bilikləri üstünlükdür;
Əlavə tələblər:
- ISO 9001:2015 Keyfiyyətin idarə olunması sertifikatı üstünlükdür;
- ISO 9001:2015 və digər beynəlxalq standartlara əsaslanan Keyfiyyət İdarəetmə Sistemlərinin tətbiqi və saxlanılması proseslərində iştirak təcrübəsi üstünlükdür;
- ISO 9001:2015 standartı üzrə bilik və daxili audit prosesləri ilə tanışlıq;
- Lean, Six Sigma və ya digər davamlı təkmilləşmə metodologiyaları üzrə layihələrdə iştirak təcrübəsi üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tələblərinin tətbiqini təmin etmək, sistemin effektivliyini və aktuallığını qorumaq;
- Proseslərin müəyyənləşdirilməsi və müvafiq qaydada sənədləşdirilməsini koordinasiya etmək;
- Daxili sənədlərin hazırlanmasında iştirak etmək və struktur bölmələr tərəfindən hazırlanan sənədlərin ilkin yoxlanışını aparmaq, daxili sənədlərin reyestrini aktual vəziyyətdə saxlamaq;
- İşçi heyətinin daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə olunan alətlər üzrə təlimatlandırılmasını təmin etmək;
- KİS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərdə iştirak etmək;
- Təchizatçıların keyfiyyət performansını monitorinq etmək və qiymətləndirmək, zəruri hallarda onların auditində iştirak etmək;
- Beynəlxalq standartlar, daxili qaydalar və tələblərə riayət olunmasını nəzarətdə saxlamaq.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük, 8 saatlıq iş rejimi (Bazar ertəsi – Cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Lev Tolstoy küçəsi 170;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Praktiki tapşırıq/test mərhələsi
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!