İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Naxçıvan filialının rəhbəri vakansiyası elan edir.
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil (tibb təhsili olan namizədlərə üstünlük verilir);
- Təcrübə: İqtisadi-maliyyə və ya tibb sahəsində minimum 5 il təcrübə, rəhbər vəzifədə ən azı 2 il təcrübə (Naxçıvan Muxtar Respublikasında iş təcrübəsi mütləqdir);
- Texniki biliklər: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
- MS Office proqramlarında (xüsusilə Word və Excel) işləmək bacarığı;
- Maliyyə, mühasibatlıq biliklərinin olması üstünlükdür;
- Şəxsi bacarıqlar: Güclü ünsiyyət, vaxtın idarə olunması və problem həll etmə bacarıqları, liderlik, komandanın idarəedilməsi bacarığı;
Vəzifə öhdəlikləri:
- Filialın fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Tibbi-iqtisadi ekspertiza prosesinə nəzarət etmək;
- Departament rəhbəri və ya şöbə müdiri tərəfindən təqdim olunan xidməti tapşırıqları, sənədləri qəbul etmək və fəaliyyət istiqaməti üzrə dövri hesabatların hazırlanmasını təmin etmək;
- Filiala daxil olan məktub, ərizə, şikayət və təkliflərə “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada və müəyyən edilmiş müddətlərdə baxılmasını, Elektron Sənəd Dövriyyəsi sistemi vasitəsilə cavablandırılmasını təmin etmək;
- Agentliyin illik iş planında nəzərdə tutulmuş tədbir və tapşırıqların icrasını təmin etmək.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş yeri: Naxçıvan Muxtar Respublikası.
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə
Müraciət qaydası:
- CV-ləriniz Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!