İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 211

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Insurance , Life & Health Insurance

Naxçıvan filialının rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Naxçıvan filialının rəhbəri

  • Deadline 21 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Naxçıvan filialının rəhbəri vakansiyası elan edir.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (tibb təhsili olan namizədlərə üstünlük verilir);
  • Təcrübə: İqtisadi-maliyyə və ya tibb sahəsində minimum 5 il təcrübə, rəhbər vəzifədə ən azı 2 il təcrübə (Naxçıvan Muxtar Respublikasında iş təcrübəsi mütləqdir);
  • Texniki biliklər: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı; 
  • MS Office proqramlarında (xüsusilə Word və Excel) işləmək bacarığı; 
  • Maliyyə, mühasibatlıq biliklərinin olması üstünlükdür;
  • Şəxsi bacarıqlar: Güclü ünsiyyət, vaxtın idarə olunması və problem həll etmə bacarıqları, liderlik, komandanın idarəedilməsi bacarığı;

Vəzifə öhdəlikləri:

  • Filialın fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Tibbi-iqtisadi ekspertiza prosesinə nəzarət etmək;
  • Departament rəhbəri və ya şöbə müdiri tərəfindən təqdim olunan xidməti tapşırıqları, sənədləri qəbul etmək və fəaliyyət istiqaməti üzrə dövri hesabatların hazırlanmasını təmin etmək;
  • Filiala daxil olan məktub, ərizə, şikayət və təkliflərə “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada və müəyyən edilmiş müddətlərdə baxılmasını, Elektron Sənəd Dövriyyəsi sistemi vasitəsilə cavablandırılmasını təmin etmək;
  • Agentliyin illik iş planında nəzərdə tutulmuş tədbir və tapşırıqların icrasını təmin etmək.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş yeri: Naxçıvan Muxtar Respublikası.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Müsahibə

Müraciət qaydası:

  • CV-ləriniz Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Daily17
  • Weekly639
  • Monthly1001