İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 275

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Insurance , Life & Health Insurance

Səhiyyə iqtisadiyyatı şöbəsinin aparıcı məsləhətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Səhiyyə iqtisadiyyatı şöbəsinin aparıcı məsləhətçisi

  • Deadline 18 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Səhiyyə iqtisadiyyatı, Ekonometrika və ya əlaqəli digər sahələr üzrə);
  • Təcrübə: İqtisadi, analitik, modelləşdirmə və ya tibbi istiqamətdə ən azı 3 illik iş təcrübəsi;
  • Texniki biliklər: Microsoft Office proqramları üzrə yaxşı səviyyədə biliklər (əsas Excel, Power Point üzrə), Stata, R və ya Eviews üzrə biliklər;
  • Şəxsi bacarıqlar: Komanda işi, Ünsiyyət bacarıqları, Analitik düşünmə və təhlil etmə, Araşdırma və tədqiqat bacarığı, Problem həlletmə;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, ingilis dili yaxşı səviyyədə.
  • Digər tələblər: Ekonometrik modellərin qurulması və tətbiqi, maliyyə və səmərəlilik təhlillərinin aparılması, Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması, Analitik hesabatların və təkliflərin hazırlanması üzrə biliklər;

Vəzifə öhdəlikləri:

  • Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;        
  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
  • İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
  • Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
  • Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması;
  • Əsas fəaliyyət göstəricilərinin hesablanması və təhlili;
  • Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili;
  • Tibbi xərclərin proqnozlaşdırılması, müvafiq ekonometrik modellərin qurulması;
  • Xərc effektivlik və xərc fayda təhlillərinin edilməsi;

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Praktiki tapşırıq/test mərhələsi
  • Müsahibə

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Daily10
  • Weekly543
  • Monthly550