Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Səhiyyə iqtisadiyyatı, Ekonometrika və ya əlaqəli digər sahələr üzrə);
- Təcrübə: İqtisadi, analitik, modelləşdirmə və ya tibbi istiqamətdə ən azı 3 illik iş təcrübəsi;
- Texniki biliklər: Microsoft Office proqramları üzrə yaxşı səviyyədə biliklər (əsas Excel, Power Point üzrə), Stata, R və ya Eviews üzrə biliklər;
- Şəxsi bacarıqlar: Komanda işi, Ünsiyyət bacarıqları, Analitik düşünmə və təhlil etmə, Araşdırma və tədqiqat bacarığı, Problem həlletmə;
- Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, ingilis dili yaxşı səviyyədə.
- Digər tələblər: Ekonometrik modellərin qurulması və tətbiqi, maliyyə və səmərəlilik təhlillərinin aparılması, Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması, Analitik hesabatların və təkliflərin hazırlanması üzrə biliklər;
Vəzifə öhdəlikləri:
- Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
- Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
- İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
- Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
- Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması;
- Əsas fəaliyyət göstəricilərinin hesablanması və təhlili;
- Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili;
- Tibbi xərclərin proqnozlaşdırılması, müvafiq ekonometrik modellərin qurulması;
- Xərc effektivlik və xərc fayda təhlillərinin edilməsi;
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Praktiki tapşırıq/test mərhələsi
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!