İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 393

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Sığorta , Life & Health Insurance

Statistika və hesabatlar şöbəsinin mütəxəssisi/məsləhətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Statistika və hesabatlar şöbəsinin mütəxəssisi/məsləhətçisi

  • Deadline 3 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Statistika, İqtisadiyyat, Səhiyyə İdarəçiliyi, İctimai Sağlamlıq və ya əlaqəli sahələrdə ali təhsil;
  • Təcrübə: Ümumi 1-3 il iş təcrübəsi (vəzifədən asılı olaraq). Statistika, analitik təhlil, iqtisadiyyat sahəsində iş təcrübəsi arzuolunandır.;
  • Texniki biliklər: Ofis proqramları xüsusilə Excel, Power BI proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, yaradıcılıq və innovasiya, ünsiyyət, təqdimat, komandada işləmə, vaxtın idarə edilməsi bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, xarici dil bilikləri üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Məlumatların toplanması, yoxlanılması və işlənməsi;
  • Toplanan məlumatların təhlillərinin aparılması və aylıq/illik hesabatların hazırlanması;
  • Məlumatların Excel, Power BI və digər alətlərdə vizuallaşdırılması;
  • Regionlar və xidmət növləri üzrə əsas göstəricilərin müqayisə edilməsi;
  • Hesabatların qurumun daxili və beynəlxalq formatlara uyğun tərtib edilməsi;
  • Məlumatların düzgünlüyünü və tamlığını təmin etmək üçün digər şöbə, qurumlarla əməkdaşlıq edilməsi;
  • Yerli və beynəlxalq təcrübələrin araşdırılması və tətbiqi üçün təkliflərin verilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük – 8 saatlıq iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Müsahibə
  • Tapşırıq

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Daily135
  • Weekly135
  • Monthly1415