Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Dövlət satınalmaları sahəsində ən azı 3 il iş təcrübəsi;
- Texniki biliklər: Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri;
- Dövlət satınalmalarının vahid internet portalından istifadə bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Rəsmi yazışmaların, məktub və sənədlərin hazırlanması bacarığı.
- Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.
Vəzifə öhdəlikləri:
- Satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
- Tələb olunan malların (işlərin və xidmətlərin) satınalması məqsədilə tenderlərin icra edilməsi;
- Malların (işlərin və xidmətlərin) satınalınması üzrə bağlanmış müqavilələrin icrasına nəzarət;
- Bağlanmış müqavilələrə uyğun olaraq malların (işlərin və xidmətlərin) sifarişi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
- Dövlət satınalmaları ilə bağlı məktubların hazırlanması;
- Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Test mərhələsi
- Müsahibə mərhələsi
Müraciət qaydası:
- CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!