Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: İqtisadiyyət, səhiyyə iqtisadiyyəti, səhiyyə idarəetməsi sahəsində ali təhsil;
- Təcrübə: Ümumi 1-3 il iş təcrübəsi (vəzifədən asılı olaraq);
- Texniki biliklər: Excel, Power BI, PowerPoint proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Şəxsi bacarıqlar: Təşəbbüskar, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları;
- Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.
Vəzifə öhdəlikləri:
- Göstərilən tibbi xidmət məlumatlarının toplanması, çeşidlənməsi, emalı və analitik təhlili;
- Regional və beynəlxalq səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlili və təkliflərin verilməsi edilməsi;
- Tibb müəssisələrinin xidmət çeşidinin regional effektivliyinin təhlili, proqnozların hazırlanması;
- Proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Təhlil edilən məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Vakansiyaya son müraciət tarixi: 9 iyun 2025;
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!