İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
  • 618

İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

Digər

Baş məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş məsləhətçi

  • Deadline 26 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölmə: Korporativ hüquq sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi 

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ hüquq məsələləri üzrə hüquqi rəy və məsləhətlərin verilməsi;
  • Müqavilələrin, sazişlərin və memorandumların hazırlanması, hüquqi ekspertizası və risklərin qiymətləndirilməsi;
  • Müəssisənin daxili normativ sənədlərinin, qayda və prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi;
  • Dövlət orqanları və digər tərəfdaş qurumlarla hüquqi yazışmaların aparılması; 
  • Qurumun fəaliyyətində aşkar olunan hüquqi boşluqları analiz etmək və onların aradan qaldırılması üçün təkliflər vermək;
  • Korporativ idarəetmə sənədlərinin hazırlanması və uyğunluğunun təmin edilməsi;
  • Sektorun icrasında olan tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi və aidiyyəti struktur bölmələri ilə işgüzar əməkdaşlığın təmin edilməsi;
  • Sektorun fəaliyyətinə dair hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Bakalavr təhsili mütləqdir, magistr təhsili arzuolunandır)
  • İş təcrübəsi: Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi 
  • Tərəfdaşlarla işləmə bacarığı;
  • Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı;
  • Yüksək şifahi ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
  • Dil bilikləri: ingilis dili (B1), rus dili (B1)

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində Korporativ hüquq üzrə baş məsləhətçi qeyd olunması xahiş olunur.

  • Daily0
  • Weekly389
  • Monthly2331