Struktur bölmə: Korporativ hüquq sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
- Korporativ hüquq məsələləri üzrə hüquqi rəy və məsləhətlərin verilməsi;
- Müqavilələrin, sazişlərin və memorandumların hazırlanması, hüquqi ekspertizası və risklərin qiymətləndirilməsi;
- Müəssisənin daxili normativ sənədlərinin, qayda və prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi;
- Dövlət orqanları və digər tərəfdaş qurumlarla hüquqi yazışmaların aparılması;
- Qurumun fəaliyyətində aşkar olunan hüquqi boşluqları analiz etmək və onların aradan qaldırılması üçün təkliflər vermək;
- Korporativ idarəetmə sənədlərinin hazırlanması və uyğunluğunun təmin edilməsi;
- Sektorun icrasında olan tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi və aidiyyəti struktur bölmələri ilə işgüzar əməkdaşlığın təmin edilməsi;
- Sektorun fəaliyyətinə dair hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Bakalavr təhsili mütləqdir, magistr təhsili arzuolunandır)
- İş təcrübəsi: Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi
- Tərəfdaşlarla işləmə bacarığı;
- Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı;
- Yüksək şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
- Dil bilikləri: ingilis dili (B1), rus dili (B1)
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Korporativ hüquq üzrə baş məsləhətçi” qeyd olunması xahiş olunur.