İş şəraiti:
- Qurum: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Vəzifə öhdəliyi:
- Sosial media platformaları üçün kreativ kontent ideyalarının hazırlanması və icrası;
- Video və foto kontentin (Reels, TikTok, vlog və s.) çəkilişi və ilkin montajı;
- Mövcud trendlərin izlənilməsi və brendə uyğun tətbiqi;
- Brendin kommunikasiya dilinə uyğun hekayəsinin və kontentinin planlaması;
- Ziyarətçi təcrübəsini əks etdirən vizual və video kontentin hazırlanması;
- Tədbir və layihələr üzrə yerində operativ kontent istehsalı.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi (kontent yaradıcılığı, SMM və ya oxşar sahə);
- Sosial media platformaları və trendlər üzrə biliklər;
- Video çəkiliş və montaj üzrə baza bacarıqları;
- Kreativ düşüncə və ideya generasiyası bacarığı;
- Operativlik və dinamik iş mühitinə uyğunlaşma;
- Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
- Dil bilikləri: ingilis dili, rus dili.
Bu vəzifə klassik sosial media idarəçiliyindən fərqli olaraq, video kontent (Reels, vlog), UGC yanaşması və yaradıcı hekayə yaratma bacarıqlarını özündə birləşdirir
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Kontent Yaradıcısı” qeyd olunması xahiş olunur.