Struktur bölmə: İnformasiya texnologiyaları və rəqəmsallaşdırma şöbəsi
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
- Struktur bölmələrdən daxil olan informasiya texnologiyaları üzrə texniki müraciətlərin qəbul edilməsi, təhlili və operativ icrasının təmin edilməsi;
- Kompüter, serverə qoşulan istifadəçi avadanlıqları, ofis texnikası və periferik qurğuların quraşdırılması, sazlanması və texniki istismarına nəzarət;
- Əməliyyat sistemlərinin (Windows) və tətbiqi proqram təminatının quraşdırılması, konfiqurasiyası və fasiləsiz işlək vəziyyətinin təmin edilməsi;
- Lokal şəbəkə, internet bağlantıları və istifadəçi şəbəkə avadanlıqları üzrə ilkin texniki dəstəyin göstərilməsi;
- Video-müşahidə (CCTV), kamera sistemləri, DVR/NVR qurğuları və zəif cərəyan sistemlərinin istismarına nəzarət, ilkin nasazlıqların aradan qaldırılması;
- Elektron sənəd dövriyyəsi, daxili informasiya sistemləri və dövlət informasiya resursları üzrə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
- İnformasiya texnologiyaları və zəif cərəyan avadanlıqlarının uçotunun aparılması, texniki vəziyyətinə nəzarət edilməsi;
- İnformasiya təhlükəsizliyi tələblərinə, daxili normativ sənədlərə və texniki təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi, elektronika və ya əlaqəli ixtisaslar üzrə);
- İnformasiya texnologiyaları üzrə texniki dəstək sahəsində azı 2–3 il iş təcrübəsi;
- Windows əməliyyat sistemi, MS Office və istifadəçi sistemləri üzrə peşəkar biliklər;
- Lokal şəbəkə texnologiyaları (LAN, WAN, Wi-Fi) üzrə baza biliklər;
- Video-müşahidə və zəif cərəyan sistemləri üzrə praktiki təcrübə (üstünlük hesab olunur);
- İntensiv iş şəraitində səmərəli fəaliyyət göstərmək bacarığı;
- Operativ və əsaslandırılmış qərar qəbul etmə qabiliyyəti;
- Həm fərdi qaydada, həm də komanda tərkibində işləmək bacarığı;
- Yüksək məsuliyyətlilik, intizam və nəticəyönümlü yanaşma.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” qeyd olunması xahiş olunur.