İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
  • 423

İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

Digər

Kommersiya üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kommersiya üzrə aparıcı mütəxəssis

  • Deadline 23 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölmə: Elmi – Mədəni Mərkəz 

İş qrafiki: Həftənin 5 günü saat, 09:00-dan 18:00-dək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi – Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan unikal ərazidə fəaliyyət göstərən dövlət qurumudur. Biz şəffaf, məsuliyyətli və peşəkar idarəetmə yanaşması ilə milli irsimizi qorumağa və inkişaf etdirməyə sadiq komandamıza dəyərli üzv axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq şirkətlərlə şirkətlərarası kommersiya əməkdaşlığının qurulması və idarə olunması;
  • Tədbirlərin təşkili üçün strateji tərəfdaşların və müştərilərin cəlb edilməsi;
  • Effektiv işgüzar danışıqların təşkili və uzunmüddətli əməkdaşlıqların yaradılması;
  • Müqavilə şərtləri və icra müddətlərinə nəzarət;
  • Kommersiya siyasətinə uyğun sənədlərin, müqavilələrin və hesabatların hazırlanması;
  • Yeni əməkdaşlıq imkanlarının araşdırılması və rəhbərliyə təkliflərin təqdim olunması;
  • Tərəfdaş portfelinin inkişaf etdirilməsi və diversifikasiyası;
  • Aylıq və illik fəaliyyət hesabatlarının hazırlanması.

Namizədə dair tələblər:

  • Ali təhsil (biznes, iqtisadiyyat, idarəetmə və ya müvafiq sahələr üzrə)
  • Kommersiya və şirkətlərarası əməkdaşlıq sahəsində minimum 3 il iş təcrübəsi
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
  • Rus və ingilis dilləri bilikləri üstünlükdür
  • Yüksək təqdimat, ünsiyyət və danışıqlar bacarığı
  • Analitik düşüncə, təşəbbüskarlıq və problem həll etmə bacarığı
  • Məsuliyyətli və nəticəyönümlü yanaşma

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsi vasitəsilə qeyd olunan linkə daxil olaraq elektron formada CV təqdim edə bilərlər. Qeyd edək ki, yalnız vakansiya üzrə müəyyən olunmuş meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily108
  • Weekly108
  • Monthly846