İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
  • 412

İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

Dövlət qurumu

Kommunikasiya sektorunun müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kommunikasiya sektorunun müdiri

  • Deadline 25 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Dövlət sektorunun institusional xüsusiyyətlərini dərindən anlayan, strateji düşüncəyə malik və mədəni irsin təqdimatında müasir kommunikasiya alətlərindən effektiv istifadə etməyi bacaran peşəkar lider axtarırıq.

Bu vəzifə qurumun kommunikasiya siyasətinin vahid yanaşma əsasında formalaşdırılmasını, ictimai imicin və reputasiyanın peşəkar səviyyədə idarə olunması, həmçinin media və rəqəmsal kanallar üzrə fəaliyyətin koordinasiyasını nəzərdə tutur.

Əsas vəzifə öhdəlikləri:

  • Qurumun kommunikasiya strategiyasının hazırlanmasını, icrasını və davamlı təkmilləşdirilməsini təmin etmək;
  • İctimai imicin və reputasiya idarəçiliyini sistemli şəkildə təşkil etmək;
  • Media qurumları, ictimaiyyət, tərəfdaşlar və digər maraqlı tərəflərlə əlaqələri qurmaq və inkişaf etdirmək;
  • Qurumun fəaliyyəti üzrə təqdimatların, çıxış mətnlərinin və kommunikasiya kontentinin hazırlanmasını təşkil etmək;
  • Kommunikasiya kampaniyalarının, ictimai tədbirlərin və məlumatlandırma təşəbbüslərinin planlaşdırılması və icrasına rəhbərlik etmək;
  • Rəqəmsal kommunikasiya kanalları (veb-sayt, sosial media və s.) üzrə fəaliyyətə və yayımlanan məlumatların keyfiyyətinə nəzarət etmək;
  • Böhran kommunikasiyası üzrə hazırlıq səviyyəsini artırmaq və müvafiq tədbirləri koordinasiya etmək;
  • Çap və vizual məhsulların (buklet, plakat, flayer, jurnal, təlimat kitabçaları və s.) hazırlanması prosesini və dizayn keyfiyyətini koordinasiya etmək;
  • Hədəf auditoriyalarla sistemli işin qurulmasını və effektiv əks-əlaqə mexanizmlərinin tətbiqini təmin etmək;
  • Kommunikasiya fəaliyyətinin effektivliyini ölçmək, təhlil etmək və hesabatlılığı təmin etmək;
  • İctimaiyyətlə əlaqələr və rəqəmsal kommunikasiya sahəsində beynəlxalq təcrübəni izləmək, innovativ alət və yanaşmaları iş prosesinə tətbiq etmək;
  • Tabeliyində olan komandanın fəaliyyətini təşkil etmək, performansını idarə etmək və peşəkar inkişafını dəstəkləmək.

Namizədə tələblər:

  • İctimaiyyətlə əlaqələr, kommunikasiya və ya marketinq sahəsində minimum 5 il peşəkar təcrübə;
  • Azı 2–3 il rəhbər vəzifədə (şöbə, bölmə və ya komanda səviyyəsində) təcrübə;
  • Dövlət qurumları, mədəniyyət, turizm və ya böyük institusional mühitlə iş təcrübəsi üstünlükdür;
  • Strateji düşüncə, analitik yanaşma və güclü planlama bacarığı;
  • Yaradıcı ideyalar formalaşdırmaq və onları icraya çevirmək qabiliyyəti;
  • Rəqəmsal kommunikasiya, sosial media idarəçiliyi və media münasibətləri üzrə praktik biliklər;
  • Yüksək kommunikasiya və təqdimat bacarıqları;
  • Ali təhsil (kommunikasiya, marketinq, jurnalistika və ya əlaqəli sahə üzrə);
  • Azərbaycan dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə (rus dili üstünlükdür)
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma.

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində Kommunikasiya sektorunun müdiri qeyd olunması xahiş olunur.

  • Daily111
  • Weekly369
  • Monthly2259