Struktur bölmə: Hüquq şöbəsi, Məhkəmə işləri sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
- Qurumun fəaliyyəti ilə bağlı yaranan mülki, iqtisadi, inzibati və əmək mübahisələri üzrə məhkəmə işi strategiyasını müəyyən etmək;
- Bütün məhkəmə instansiyalarında qurumu təmsil etmək;
- İddia ərizələri, vəsatətlər, apelyasiya və kassasiya şikayətlərinin hüquqi ekspertizasını aparmaq və təsdiqləmək;
- Məhkəmə qərarlarının icrası mərhələsində icra qurumları ilə işi təşkil etmək və debitor borcların yığılması prosesinə hüquqi dəstək vermək;
- Qurumun fəaliyyətində aşkar olunan hüquqi boşluqları analiz etmək və onların aradan qaldırılması üçün təkliflər vermək;
- Sektorun rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq.
- Fəaliyyət istiqaməti üzrə keçirilən iclaslarda, yerli və beynəlxalq tədbirlərdə qurumu peşəkar səviyyədə təmsil etmək.
- Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyini təmin etmək.
Namizədə dair tələblər:
- Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Bakalavr təhsili mütləqdir, magistr təhsili arzuolunandır)
- İş təcrübəsi: Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi(rəhbər vəzifədə 3 il);
- Dil bilikləri: ingilis dili (B1), rus dili (B1)
- Dövlət qurumlarında iş sahəsində təcrübənin olması;
- Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
- Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Məhkəmə işləri sektorunun müdiri” qeyd olunması xahiş olunur.