İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
  • 403

İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

Digər

Məhkəmə işləri sektorunun müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məhkəmə işləri sektorunun müdiri

  • Deadline 21 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölmə: Hüquq şöbəsi, Məhkəmə işləri sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi 

Əsas vəzifə öhdəlikləri:

  • Qurumun fəaliyyəti ilə bağlı yaranan mülki, iqtisadi, inzibati və əmək mübahisələri üzrə məhkəmə işi strategiyasını müəyyən etmək;
  • Bütün məhkəmə instansiyalarında qurumu təmsil etmək;
  • İddia ərizələri, vəsatətlər, apelyasiya və kassasiya şikayətlərinin hüquqi ekspertizasını aparmaq və təsdiqləmək;
  • Məhkəmə qərarlarının icrası mərhələsində icra qurumları ilə işi təşkil etmək və debitor borcların yığılması prosesinə hüquqi dəstək vermək;
  • Qurumun fəaliyyətində aşkar olunan hüquqi boşluqları analiz etmək və onların aradan qaldırılması üçün təkliflər vermək;
  • Sektorun rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq.
  • Fəaliyyət istiqaməti üzrə keçirilən iclaslarda, yerli və beynəlxalq tədbirlərdə qurumu peşəkar səviyyədə təmsil etmək.
  • Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyini təmin etmək.

Namizədə dair tələblər:

  • Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Bakalavr təhsili mütləqdir, magistr təhsili arzuolunandır)
  • İş təcrübəsi: Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi(rəhbər vəzifədə 3 il);
  • Dil bilikləri: ingilis dili (B1), rus dili (B1)
  • Dövlət qurumlarında iş sahəsində təcrübənin olması;
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
  • Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində Məhkəmə işləri sektorunun müdiri qeyd olunması xahiş olunur.

  • Daily33
  • Weekly401
  • Monthly1833