Təsvir
- Müraciət edən müştərilərin maliyyə vəziyyətini, ödəniş qabiliyyətini və kredit/risk dərəcəsini təhlil etmək;
- Risklərin qiymətləndirilməsi standartlarına uyğun olaraq qərarlar qəbul etmək və ya müvafiq rəy vermək;
- Təqdim olunan sənədlərin daxili qaydalara və qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Risklərin minimallaşdırılması üzrə təkliflər vermək və anderraytinq siyasətinin təkmilləşdirilməsində iştirak etmək.
Tələblər
- İqtisadiyyat, maliyyə, bankçılıq və ya əlaqəli sahədə ali təhsil;
- Bank və ya BOKT sahəsində anderraytinq/kredit təhlili üzrə minimum 2 il iş təcrübəsi;
- Analitik təfəkkür, diqqətlilik və müstəqil qərarvermə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.