İşin təsviri:
- BOKT-nin Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair qanunvericiliyin və Şirkətin daxili nəzarət siyasətinin tələblərini həyata keçirməsi;
- BOKT-nin bu sahə üzrə siyasət qaydalarında dəyişiklik edilməsi və ona əlavələrin edilməsi ilə bağlı təkliflərin hazırlanaraq təsdiq üçün rəhbərliyə təqdim edilməsi;
- Rəhbərlik, tənzimləyici orqan və maliyyə monitorinqi orqanı tərəfindən tələb edilən hesabat və məlumatları hazırlayıb təqdim edir;
- ƏL/TMM üzrə siyasətinə əməl edilməsinə nəzarət edir və iş prosesində siyasətdən kənarlaşma üzrə yaranan halları vaxtında aşkarlayıb, lazımı tədbirlər görür;
- Müştərilərin maliyyə əməliyyatlarının gündəlik əsasda monitorinqinin aparılması və risk meyarlarına uyğun təhlil edilməsini təmin edir;
- Şübhəli, qeyri-adi və ya yüksək riskli əməliyyatları aşkar edir, araşdırır, sənədləşdirir, hesabat hazırlayır və hesabatları qanunvericiliyin tələblərinə uyğun formada və müddətdə aidiyyəti quruma təqdim edir;
- Müştəri profillərinin (KYC) və benefisiar sahiblik məlumatlarının yoxlanılması və yenilənməsini təmin edir;
- Yüksək riskli müştərilər üzrə genişləndirilmiş yoxlama (EDD) tədbirlərini həyata keçirir;
- Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı (AML/CFT) daxili nəzarət mexanizmlərinin tətbiqi və icrasına nəzarət;
- Tənzimləyici qurumların sorğularının cavablandırılması və yoxlamalarda iştirak;
- Sanksiya siyahılarının, PEP (Siyasi nüfuzlu şəxslər) siyahılarının və digər beynəlxalq məhdudiyyət siyahılarının yoxlanılması;
- Qanunvericiliyə uyğun olaraq ƏL/TMM üzrə əməkdaşlara daxili təlim və maarifləndirmə məqsədilə planlı və plandankənar təlimlərin keçirilməsini təmin etmək;
- Beynəlxalq sanksiyalar və qara siyahılar (OFAC, UN, EU sanksiyaları) üzrə yoxlamalar aparmaq;
- Daxili normativ sənədlərin, siyasətlərin və prosedurların qanunvericiliyə uyğunluğunu qiymətləndirmək və dövrü olaraq yeniləmək;
- Yeni məhsul və xidmətlər üzrə compliance rəyini vermək;
- ARMB, Maliyyə Monitorinq Xidməti və digər tənzimləyici qurumlardan daxil olan sənədləri təhlil etmək və icrası üzrə tövsiyələr vermək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və aidiyyəti bölmələrə məlumat vermək;
- Komplayens risklərini təhlil etmək və onların azaldılmasına dair tədbirlər təklif etmək;
- Struktur bölmələrin fəaliyyətinin komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək;
Tələblər:
- Maliyyə, iqtisadiyyat, hüquq və ya digər əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə monitorinqi, uyğunluq (compliance), risklərin idarə edilməsi və ya daxili nəzarət sahəsində 3-5 il iş təcrübəsi;
- AML/CFT (çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) qanunvericiliyi üzrə bilik;
- Maliyyə əməliyyatlarının təhlili və risklərin qiymətləndirilməsi bacarığı;
- Normativ-hüquqi sənədlərlə işləmə təcrübəsi;
- Analitik düşünmə və problemlərin həlli bacarığı;
- Hesabatların hazırlanması və təqdim edilməsi bacarığı;
- Yüksək məsuliyyətlilik, diqqətlilik və etik davranış.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.