İş haqqında məlumat:
- Mütəxəssisin funksiyası BOKT-nin Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə (ƏL/TMM) dair qanunvericiliyin və şirkətin daxili nəzarət siyasətinin tələblərinin həyata keçirilməsi;
- Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarəti həyata keçirilməsi;
- ƏL/TMM-lə bağlı müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
- Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
- ƏL/TMM fəaliyyəti ilə əlaqəli BOKT daxili strukturlara sorğuların göndərilməsi;
- Struktur bölmələrdən ƏL/TMM-lə bağlı daxil olan sorğuların araşdırılması və cavablandırılması;
- ƏL/TMM Qanundan irəli gələn digər məsələlərin həyata keçirilməsi.
Namizədə tələblər:
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarığı, səlis və aydın nitq qabiliyyəti;
- Çevik qərarvermə və problem həlletmə bacarığı.
Əmək haqqı: Razılaşma yolu ilə
Tələblərə uyğun gələn namizədlər CV-lərini “ƏL/TMM üzrə mütəxəssis” başlığı altında qeyd edərək Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.