İdeal Kredit BOKT İdeal Kredit BOKT
  • 121

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 24 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

BOKT “IDEAL KREDIT” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Notariat kontorlarında ipoteka müqavilələrinin yerində rəsmiləşdirilməsi və sənədləşmə işlərinin aparılması;
  • Problemli kreditlər üzrə icra qeydlərinin alınması üçün notariat orqanları ilə işin təşkili;
  • Məhkəmə proseslərində iştirak etmək, şirkətin hüquqi maraqlarını müdafiə etmək;
  • İddia ərizələrinin hazırlanması, təqdim edilməsi və məhkəmə proseslərində müdafiəsinin həyata keçirilməsi;
  • Borclulara ünvanlanan xəbərdarlıq və bildirişlərin hazırlanması və göndərilməsi;
  • Müxtəlif hüquqi ərizə, iddia, müraciət və digər sənədlərin hazırlanması;
  • Kredit öhdəliklərinin icrası və borcların hüquqi qaydada tələb edilməsi istiqamətində işlərin aparılması;
  • Hüquqi sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi.

Tələblər:

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Notariat sahəsində, bank və ya BOKT-da hüquqşünas kimi ən azı 2-3 il iş təcrübəsi;
  • Hüquqi sənədlərin hazırlanmasında yüksək yazı mədəniyyəti və dəqiqlik;
  • Məsuliyyətlilik, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı;

Bilməlidir:

  • Mülki Məcəllə və Mülki Prosessual Məcəllə;
  • "Notariat haqqında", "İpoteka haqqında" və "Daşınar əmlakın girovu haqqında" Azərbaycan Respublikasının qanunları;

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily34
  • Weekly231
  • Monthly1707