Təsvir
- Gecikmiş kredit portfelini gündəlik izləmək və müəyyən edilmiş prioritetlər üzrə borcalanlarla əlaqə yaratmaq;
- Telefon və digər təsdiq edilmiş kommunikasiya vasitələri ilə borcalanlarla ödənişlərin bərpasına yönəlmiş danışıqlar aparmaq;
- Gecikmənin səbəbləri və borcalanın ödəniş imkanları barədə məlumat toplamaq, nəticələri sistemdə düzgün əks etdirmək;
- Razılaşdırılmış ödəniş vədlərini izləmək və icra olunmayan öhdəliklər barədə vaxtında məlumat vermək;
- Təqib nəticələrini və ödəniş məlumatlarını sistemə vaxtında daxil etmək;
- Gündəlik və dövri hesabatların hazırlanmasında iştirak etmək;
- Daxili prosedurlara və məlumatların məxfiliyinə riayət etmək;
- Birbaşa rəhbərin verdiyi digər xidməti tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil arzuolunandır. Orta təhsilli, lakin problemli kreditlərin təqibi sahəsində güclü praktiki təcrübəsi olan namizədlərə də baxılır;
- Bank, BOKT, lizinq və ya digər maliyyə sahəsində gecikmiş borcların təqibi üzrə təcrübə üstünlükdür;
- Yüksək ünsiyyət, dinləmə və inandırma bacarığı;
- Etirazları idarə etmək və nəticəyönümlü danışıqlar aparmaq bacarığı;
- MS Office, xüsusilə Excel üzrə baza səviyyədə işləmə bacarığı;
- Stressə davamlılıq, məsuliyyətlilik və nəticəyönümlülük.
Üstünlük hesab olunur
- Problemli kreditlərin təqibi üzrə praktiki təcrübə;
- Kredit və müştəri məlumatları ilə işləmək təcrübəsi;
- Əvvəlki fəaliyyətində ödənişlərin bərpası üzrə real nəticələrin olması.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.