İntensiv təqib üzrə kiçik mütəxəssis

  • Deadline 12 Sentyabr 2026

Təsvir

  • Gecikmiş kredit portfelini gündəlik izləmək və müəyyən edilmiş prioritetlər üzrə borcalanlarla əlaqə yaratmaq;
  • Telefon və digər təsdiq edilmiş kommunikasiya vasitələri ilə borcalanlarla ödənişlərin bərpasına yönəlmiş danışıqlar aparmaq;
  • Gecikmənin səbəbləri və borcalanın ödəniş imkanları barədə məlumat toplamaq, nəticələri sistemdə düzgün əks etdirmək;
  • Razılaşdırılmış ödəniş vədlərini izləmək və icra olunmayan öhdəliklər barədə vaxtında məlumat vermək;
  • Təqib nəticələrini və ödəniş məlumatlarını sistemə vaxtında daxil etmək;
  • Gündəlik və dövri hesabatların hazırlanmasında iştirak etmək;
  • Daxili prosedurlara və məlumatların məxfiliyinə riayət etmək;
  • Birbaşa rəhbərin verdiyi digər xidməti tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil arzuolunandır. Orta təhsilli, lakin problemli kreditlərin təqibi sahəsində güclü praktiki təcrübəsi olan namizədlərə də baxılır;
  • Bank, BOKT, lizinq və ya digər maliyyə sahəsində gecikmiş borcların təqibi üzrə təcrübə üstünlükdür;
  • Yüksək ünsiyyət, dinləmə və inandırma bacarığı;
  • Etirazları idarə etmək və nəticəyönümlü danışıqlar aparmaq bacarığı;
  • MS Office, xüsusilə Excel üzrə baza səviyyədə işləmə bacarığı;
  • Stressə davamlılıq, məsuliyyətlilik və nəticəyönümlülük.

Üstünlük hesab olunur

  • Problemli kreditlərin təqibi üzrə praktiki təcrübə;
  • Kredit və müştəri məlumatları ilə işləmək təcrübəsi;
  • Əvvəlki fəaliyyətində ödənişlərin bərpası üzrə real nəticələrin olması.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly368
  • Monthly966