İdeal Kredit BOKT İdeal Kredit BOKT

İntensiv təqib üzrə mütəxəssis

  • Deadline 12 September 2026

Təsvir

  • Gecikmiş kredit portfelini risk səviyyəsi, gecikmə müddəti və ödəniş davranışına əsasən təhlil və prioritetləşdirmək;
  • Yüksək riskli və uzunmüddətli gecikmələr üzrə borcalanlarla mürəkkəb danışıqlar aparmaq və fərdi həll yolları formalaşdırmaq;
  • Borcalanın ödəniş imkanlarını və davranışını qiymətləndirərək təqib yanaşmasını müəyyən etmək;
  • Ödəniş vədlərinin icrasına nəzarət etmək, təkrar gecikmə və əlaqədən yayınma hallarına operativ müdaxilə etmək;
  • Məhkəməyəqədərki mərhələ üçün tələb olunan sənədlərin hazırlanmasını təmin etmək və işi aidiyyəti struktur bölməsinə yönləndirmək;
  • Portfel üzrə bərpa nəticələrini və əsas risk göstəricilərini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək;
  • Problemli kreditlərin təqibi prosesinin effektivliyinin artırılması üzrə təkliflər vermək;
  • Kiçik mütəxəssislərə mürəkkəb işlərin həllində metodiki dəstək göstərmək;
  • Daxili prosedur və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərmək.

Tələblər

  • Ali təhsil arzuolunandır. Orta təhsilli, lakin problemli kreditlərin təqibi sahəsində güclü və nəticəyönümlü praktiki təcrübəsi olan namizədlərə də baxılır;
  • Bank, BOKT, lizinq və ya digər maliyyə sahəsində problemli kreditlərin təqibi üzrə minimum 2 il təcrübə arzuolunandır;
  • Problemli kredit portfeli və məhkəməyəqədərki təqib prosesləri üzrə praktiki bilik;
  • Mürəkkəb danışıqlar, etirazların və münaqişələrin idarə edilməsi bacarığı;
  • Analitik düşünmə və risklərin düzgün qiymətləndirilməsi bacarığı;
  • MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmə bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq, stressə davamlılıq və nəticəyönümlülük.

Üstünlük hesab olunur

  • Problemli kreditlərin təqibi üzrə güclü praktiki nəticələr;
  • Kredit və müştəri məlumatlarının idarə olunduğu sistemlərlə iş təcrübəsi;
  • Excel-də məlumatların təhlili və ümumiləşdirilməsi üzrə əlavə bacarıqlar;
  • Məhkəməyəqədərki sənədləşmə və hüquqi təqib prosesləri ilə praktiki tanışlıq;
  • Kiçik əməkdaşlara metodiki dəstək göstərmək təcrübəsi.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Həyat Yığım sığortası
  • Korporativ Mühit

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly368
  • Monthly966