Təsvir
- Gecikmiş kredit portfelini risk səviyyəsi, gecikmə müddəti və ödəniş davranışına əsasən təhlil və prioritetləşdirmək;
- Yüksək riskli və uzunmüddətli gecikmələr üzrə borcalanlarla mürəkkəb danışıqlar aparmaq və fərdi həll yolları formalaşdırmaq;
- Borcalanın ödəniş imkanlarını və davranışını qiymətləndirərək təqib yanaşmasını müəyyən etmək;
- Ödəniş vədlərinin icrasına nəzarət etmək, təkrar gecikmə və əlaqədən yayınma hallarına operativ müdaxilə etmək;
- Məhkəməyəqədərki mərhələ üçün tələb olunan sənədlərin hazırlanmasını təmin etmək və işi aidiyyəti struktur bölməsinə yönləndirmək;
- Portfel üzrə bərpa nəticələrini və əsas risk göstəricilərini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək;
- Problemli kreditlərin təqibi prosesinin effektivliyinin artırılması üzrə təkliflər vermək;
- Kiçik mütəxəssislərə mürəkkəb işlərin həllində metodiki dəstək göstərmək;
- Daxili prosedur və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərmək.
Tələblər
- Ali təhsil arzuolunandır. Orta təhsilli, lakin problemli kreditlərin təqibi sahəsində güclü və nəticəyönümlü praktiki təcrübəsi olan namizədlərə də baxılır;
- Bank, BOKT, lizinq və ya digər maliyyə sahəsində problemli kreditlərin təqibi üzrə minimum 2 il təcrübə arzuolunandır;
- Problemli kredit portfeli və məhkəməyəqədərki təqib prosesləri üzrə praktiki bilik;
- Mürəkkəb danışıqlar, etirazların və münaqişələrin idarə edilməsi bacarığı;
- Analitik düşünmə və risklərin düzgün qiymətləndirilməsi bacarığı;
- MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmə bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq, stressə davamlılıq və nəticəyönümlülük.
Üstünlük hesab olunur
- Problemli kreditlərin təqibi üzrə güclü praktiki nəticələr;
- Kredit və müştəri məlumatlarının idarə olunduğu sistemlərlə iş təcrübəsi;
- Excel-də məlumatların təhlili və ümumiləşdirilməsi üzrə əlavə bacarıqlar;
- Məhkəməyəqədərki sənədləşmə və hüquqi təqib prosesləri ilə praktiki tanışlıq;
- Kiçik əməkdaşlara metodiki dəstək göstərmək təcrübəsi.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Həyat Yığım sığortası
- Korporativ Mühit
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.