Təsvir
- Kredit portfelini analiz etmək, problemli kreditləri və riskli tendensiyaları erkən mərhələdə müəyyənləşdirmək;
- Müştərilərin fəaliyyət yerlərinə baxış keçirmək, kreditin təyinatı üzrə istifadəsini yoxlamaq;
- Girov qoyulmuş əmlak və aktivlərin mövcudluğunu və vəziyyətini monitorinq etmək;
- Monitorinq nəticələrinə dair analitik hesabatlar və rəylər hazırlayaraq aidiyyəti struktura təqdim etmək.
Tələblər
- Ali təhsil - Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə;
- Bank/BOKT sektorunda minimum 2 il iş təcrübəsi;
- Kredit portfeli üzrə göstəriciləri təhlil etmək bacarığı;
- MS Office, xüsusilə MS Excel proqramı üzrə sərbəst çalışma bacarığı;
- Mərkəzi Bankın kreditləşmə və risk normativləri üzrə biliklər.
- Analitik düşüncə, diqqətlilik, məsuliyyətlilik və məlumatlarla işləyərək hesabat hazırlamaq bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.