Təsvir
- Kredit müraciətlərinin qəbul edilməsi, müştərilərin maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin təhlil edilməsi;
- Müştərinin kredit tarixçəsinin araşdırılması və qiymətləndirilməsi;
- Zaminlərin maliyyə vəziyyətinin və öhdəlikləri yerinə yetirmək imkanlarının təhlil edilməsi;
- Kredit müraciətləri üzrə zəruri məlumat və sənədlərin toplanılması, düzgünlüyünün yoxlanılması və təhlil edilməsi;
- Kredit portfelinin keyfiyyətinə və müştərilərin ödəniş intizamına mütəmadi nəzarət etmək;
- Verilmiş kreditlər üzrə müştərilərlə mütəmadi əlaqə saxlamaq və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
- Görülmüş işlər, kredit portfelinin vəziyyəti və gecikmələr üzrə dövri hesabatlar hazırlamaq və vəzifə öhdəliklərinin müəyyən edilmiş standartlara uyğun, dəqiq və məsuliyyətli şəkildə icra edilməsi.
Tələblər
- Bank/BOKT sektorunda kredit, maliyyə, risklərin idarə edilməsi və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Güclü analitik və məntiqi düşüncə, maliyyə göstəricilərini təhlil etmək və riyazi hesablamalar aparmaq bacarığı;
- Effektiv ünsiyyət, danışıqlar aparmaq, müştəri münasibətləri və satış bacarıqları;
- Stressli və dinamik iş mühitində effektiv işləmək və çevik həll yolları müəyyən etmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.