Təsvir
- Mühasibat uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun aparılması, bütün maliyyə əməliyyatlarının dəqiq və vaxtında sistemdə qeydiyyatı
- Kassa və bank əməliyyatlarının, nağd və nağdsız ödənişlərin, gündəlik bank çıxarışlarının uzlaşdırılması
- Kredit portfeli üzrə əməliyyatların uçotu: kreditlərin verilməsi, bağlanması, gecikmələrin izlənməsi, faiz və komissiya gəlirlərinin hesablanması, ehtiyatların formalaşdırılması
- Daxili və xarici auditlər üçün tələb olunan məlumatların və sənədlərin hazırlanması, audit prosesinin dəstəklənməsi
- Aylıq, rüblük vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak
- Maliyyə əməliyyatlarında risklərin azaldılması üçün müvafiq nəzarət tədbirlərinin görülməsi və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.
Tələblər
- Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi (BOKT, bank və ya maliyyə sektorunda təcrübə mütləqdir)
- Vergi Məcəlləsi və beynəlxalq mühasibat uçotu standartları üzrə biliklərə malik namizədlərə üstünlük verilir.
- Microsoft Office proqramları (xüsusilə Excel) ilə işləmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.