Təsvir
- Risklərin müəyyən edilməsi və idarə edilməsi baxımından BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslərə nəzarət edir;
- BOKT-nin fəaliyyətinin mövcud bazar şərtlərinə və BOKT-nin strategiyasına uyğun olması üçün lazımi dəyişikliklərlə bağlı rəhbərliyə təkliflər verir;
- BOKT-nin hər bir əməliyyat növü və fəaliyyət istiqaməti ilə bağlı bütün spesifik risklər üzrə daxili qaydaların adekvatlığını və bu qaydalarda risk yarada bilən müddəaları müəyyən edir, həmçinin daxili sənədlərinin qanunvericiliyə uyğunluğu sahəsində monitorinqlər həyata keçirir, habelə müvafiq düzəlişlərin edilməsi barədə təkliflər verir;
- BOKT-nin informasiya təhlükəsizliyinə dair risklər haqda rəhbərliyi məlumatlandırır və müvafiq düzəlişlər edilməsi üçün təkliflər verir;
- Əməliyyat risklərinin təhlili, icrası və hesabatlığının aparılması;
- Müxtəlif ssenarilər üzrə BOKT-un risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
- BOKT-un məhsul, xidmətlərinin və proseslərinin risk yönümlü təhlili;
- Risklərin idarə olunması üzrə (limit, səlahiyyət təyini və risk indikatorların yaradılması) təkliflərin verilməsi;
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması;
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.
Tələblər
- Risklərin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
- Təqdimat və ünsiyyət bacarığı;
- Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti.
Vakansiya haqqında
- Son tarix May 25, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Rəhbər
Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.