Klinikamıza Resepsion (qeydiyyatçı) xanım axtarılır.
Vəzifə öhdəlikləri:
- Klinikaya daxil olan pasiyentlərin qarşılanması və qeydiyyatının aparılması
- Telefon zənglərinin cavablandırılması
- Pasiyentlərin həkimlərə yönləndirilməsi
- Qəbul üçün randevuların təşkili
- Pasiyentlərlə nəzakətli və düzgün ünsiyyətin qurulması
- Resepsion və qeydiyyat işlərinin səliqəli şəkildə aparılması
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Səliqəli və baxımlı görünüş
- Gülərüz və ünsiyyətcil olmaq
- Azərbaycan dilində səlis danışıq
- Kompüterdə işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- İş təcrübəsi arzuolunandır
İş şərtləri:
- İş qrafiki: 6 gün 9:00-18:00
- Əmək haqqı: 500-600 Azn
- İş yeri: Ak. Həsən Əliyev 493 Diamed klinikası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.