İDG Construction MMC İDG Construction MMC

İDG Construction MMC

Tikinti

Sahə mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə mühəndisi

  • Deadline 16 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
  • Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
  • Əmək haqqı 1800 – 2200 AZN (təcrübəyə görə dəyişir) 

Vəzifənin məqsədi

  • Fit-out (interyer tamamlama) layihələri üzrə sahədə işlərin layihəyə, texniki tələblərə, keyfiyyət standartlarına və iş qrafikinə uyğun icrasını təmin etmək, podratçı və təchizatçılarla koordinasiyanı həyata keçirmək.

Vəzifə öhdəlikləri

  • Fit-out işlərinin (alçıpan, asma tavan, döşəmə, boya, mebel, şüşə və dekorativ işlər) gündəlik icrasına nəzarət etmək;
  • İşlərin təsdiq olunmuş layihə, shop drawing və texniki spesifikasiyalara uyğun aparılmasını təmin etmək;
  • Sahədə çalışan podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək;
  • Elektrik, mexaniki və santexnik işlərin interyer işləri ilə uyğunluğunu təmin etmək;
  • Materialların qəbulunu, keyfiyyətini və düzgün istifadəsini yoxlamaq;
  • Görülən işlərin ölçülməsi və yerinə yetirilmiş iş həcmlərinin təsdiqlənməsində iştirak etmək;
  • İş qrafikinin icrasına nəzarət etmək və gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək;
  • Keyfiyyətə nəzarət proseslərini həyata keçirmək və uyğunsuzluqları aradan qaldırmaq;
  • HSE (əməyin mühafizəsi və təhlükəsizlik) qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Gündəlik və həftəlik iş hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Snag list və punch list işlərinin bağlanmasını təmin etmək;
  • Layihənin vaxtında və keyfiyyətlə təhvil verilməsi prosesində iştirak etmək.

Tələblər

  • İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Fit-out və ya interyer layihələrində minimum 2 il iş təcrübəsi;
  • Texniki çertyoj və shop drawing-ləri oxuma bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Tikinti norma və standartları üzrə biliklər;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətlilik və diqqətlilik; 
  • Vaxtın düzgün idarə edilməsi; 
  • Operativ qərarvermə bacarığı.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə Sahə mühəndisi yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily16
  • Weekly182
  • Monthly1628