İş şəraiti
- Yer: Bakı
- İş formatı: Tam iş günü
- Əməkhaqqı: 1000-1500 Azn
Vəzifələriniz nələr olacaq?
- Klub üçün tam marketinq strateqiyasının hazırlanması və həyata keçirilməsi
- Sosial media hesablarının (Instagram, TikTok, Facebook, Telegram və s.) idarə olunması və inkişafı
- Rəqəmsal reklam kampaniyalarının hazırlanması və idarə edilməsi (Facebook Ads, Google Ads, Instagram reklamları və s.)
- Müxtəlif tədbirlərin təşkili və PR dəstəyi: turnirlər, açıq məşqlər və s.
- Klubla bağlı kontentin hazırlanması: məqalələr, videoçarxlar, postlar və vizual materiallar
- Partnyorlarla əməkdaşlıq, influencer və bloggerlərlə iş
- Müştəri loyallığı proqramlarının yaradılması və təşkili
- CRM bazasının idarə olunması, email və SMS kampaniyalarının təşkili
- Marketinq fəaliyyətlərinin analizi və aylıq hesabatların hazırlanması
Namizəddən gözləntilərimiz:
- Marketinq və ya oxşar sahədə minimum 1–2 il təcrübə
- Rəqəmsal alətlərlə işləmək bacarığı: SMM, reklam platformaları, analitika
- Yaradıcı yanaşma və təşəbbüskar olmaq
- Tədbir planlaşdırılması və təşkilində təcrübə
- Yazılı və vizual kontent hazırlamaq bacarığı
- Komanda ilə işləmə bacarığı və müştəriyönümlü düşüncə tərzi
Üstünlük sayılacaq:
- CRM sistemləri və müştəri bazası ilə işləmək təcrübəsi
- Canva, Figma kimi dizayn alətlərində əsas biliklər
- Sadə video montaj bacarıqları (Reels, Shorts və s.)
- Lokal bazarı tanımaq və yerli auditoriyaya uyğun kontent hazırlamaq bacarığı
Biz sizə nə təklif edirik?
- Rəqabətədavamlı əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi
- Gənc və enerjili komanda
- Özünü inkişaf etdirmək və irəliləmək üçün açıq imkanlar
- Yaradıcılığınızı reallaşdırmaq və yeni ideyalar təklif etmək imkanı
Müraciət üçün:
- CV-nizi və qısa təqdimat məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
Əgər marketinq sizin üçün sadəcə iş deyilsə və idman mühitində özünüzü görürsünüzsə — sizi komandamızda görməyə şad olarıq!