İş şəraiti:
- Ünvan: AGA Business Center, Baku, Azerbaijan
- İş saatı: 5 / 7; 9:00-18:00
- Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaqdır.
Vəzifə öhdəlikləri:
- İşçilərin işə qəbulu, işdən azad olunması və digər kadr hərəkətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi;
- Əmək məzuniyyətlərinin planlaşdırılması və məzuniyyət qrafikinin hazırlanması;
- İşçilərin son haqq-hesab sənədlərinin tərtib olunması və icrası;
- Aylıq iş vaxtı cədvəllərinin (tabel) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Ezamiyyət əmrlərinin və əlaqədar sənədlərin hazırlanması;
- Kadrlarla bağlı bütün sənədlərin düzgün və vaxtında yığılması, sistemləşdirilməsi və arxivləşdirilməsi;
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədlərin düzgün tərtibi və aparılması.
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür);
- Kadr sahəsində azı 1 il iş təcrübəsi;
- Əmək Məcəlləsi və HR sənədləşməsi ilə bağlı praktik biliklər;
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmə bacarığı;
- Diqqətli, məsuliyyətli və sistemli iş qabiliyyəti.
Vakansiya ilə maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.