IKMA Lift IKMA Lift
  • 209

Əməliyyat Meneceri (Operations Manager)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməliyyat Meneceri (Operations Manager)

  • Deadline 4 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bölmə / Şöbə: Texniki Xidmət Əməliyyatları

Hesabatlılıq: Departament Direktoru

İş rejimi: Tam ştat — Ofis / Sahə

Əmək haqqı: Müsahibə əsnasında təyin olunur

Vəzifənin məqsədi

  • Əməliyyat Meneceri texniki xidmət əməliyyatlarının idarə edilməsinə tam məsuliyyət daşıyır. O, komandanın təhlükəsizliyini, müştəri məmnuniyyətini və əməliyyat keyfiyyətini təmin etməklə regional hədəflərə nail olmağa cavabdehdir. Liderlik, satış və müştəri yönümlü yanaşma bu vəzifənin əsas sütunlarını təşkil edir.

Əsas Məsuliyyətlər

Əməliyyat İdarəetməsi

  • Əməkdaşların təhlükəsizliyinə tam cavabdehlik; təhlükəsizlik mədəniyyətinin qorunması
  • Müştəri məmnuniyyəti səviyyəsinin təmin edilməsinə cavabdehlik
  • Texniki xidmət əməliyyatlarına rəhbərlik; xidmətin keyfiyyəti və gəlirliliyinin təmin edilməsi
  • Fərdi hədəflərin müəyyənləşdirilməsi, illik planların hazırlanması və mütəmadi izlənilməsinə nəzarət
  • Əməkdaşlar üçün planlamanın hazırlanması
  • Əməliyyat proseslərinin, təhlükəsizlik standartlarının mütəmadi auditinin aparılması

Satış

  • Qəbul edilmiş sifarişlərin icrasına tam nəzarət
  • Satış meneceri ilə birgə düzgün xidmət təklifinin və dəyər təkliflərinin hazırlanmasının təmin edilməsi
  • Komandasının qısa və uzunmüddətli satış hədəflərinə çatmasına cavabdehlik
  • Yerinə yetirilmiş işlərin vaxtında faktura edilməsinin nəzarəti

Liderlik və Kadr İdarəetməsi

  • Nəzarətçilərdən ibarət komandasının idarə edilməsi: həftəlik kontrol görüşləri
  • Sahə / müştəri ziyarətlərinin mütəmadi aparılması; sahə auditlərinin icra edilməsi
  • Komandanın məqsədlərə çatması üçün lazımi resurslara nəzarət
  • İşçilərin motivasiyasına dair tədbirlərin həyata keçirilməsi
  • Texniki xidmət əməliyyatları komandasının peşəkar inkişafına cavabdehlik

Müştəri Yönümlülük

  • Müştərilərlə aktiv əməkdaşlıq
  • Nəzarətçi və texniklərin müştəri mərkəzli yanaşma sərgilənməsi
  • Texniki xidmət müqaviləsinin bütün mərhələlərinde müştəri təcrübəsi əlaqə nöqtələrinin icrasına nəzarət

Tələblər

  • Təhsil: Texniki və ya mühəndislik ixtisası üzrə ali təhsil (üstünlük verilir)
  • İş təcrübəsi: Əməliyyat rəhbərliyi sahəsində minimum 3–5 il
  • Liderlik: Komanda idarəetməsi, motivasiya bacarıqları
  • Satış bacarıqları: Satış hədəflərinin idarə edilməsi; müştəri münasibətləri
  • Analitik düşüncə: Hesabatların data əsaslı qərar qəbulu
  • Dillər: Azərbaycan dili (məcburi); İngilis dili (iş mühiti səviyyəsində mütləqdir)
  • Kompüter: MS Office (Excel, Word, Outlook); ERP / xidmət idarəetmə sistemləri

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily21
  • Weekly558
  • Monthly383