Ikma Machinery Ikma Machinery
  • 248

Ağır Texnikalar Üzrə Servis Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ağır Texnikalar Üzrə Servis Meneceri

  • Deadline 9 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ünvan: AGA Business Center
Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq

Vəzifə Öhdəlikləri:

  • Təmir və texniki xidmət (PTO) işlərinin illik, rüblük və aylıq planlarını hazırlamaq
  • Servis komandasının (mühəndislər, ustalar) işini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və iş yükünü idarə etmək.
  • Servis zamanı texniki və təhlükəsizlik (SƏTƏM) standartlarına ciddi riayət olunmasına nəzarət etmək.
  • Servis xidmətlərinin keyfiyyətini təmin etmək, müştəri şikayətlərini və müraciətlərini effektiv şəkildə həll etmək.
  • Servis departamentinin fəaliyyəti, xərcləri, gəlirləri və məhsuldarlığı barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq.
  • Ehtiyat hissələri departamenti ilə sıx əməkdaşlıq edərək, təmir üçün lazım olan hissələrin vaxtında tədarükünü təmin etmək.

Tələblər:

  • Təhsil - Mexanika Mühəndisliyi, Avtonəqliyyat Mühəndisliyi və ya müvafiq sahədə ali təhsil (Bakalavr/Magistr).
  • Təcrübə Ağır texnika (tikinti, mədən, qaldırıcı avadanlıqlar) sahəsində Servis Mühəndisi/Usta vəzifəsində minimum 3-5 il iş təcrübəsi və idarəetmə vəzifəsində təcrübə.
  • Texniki Bilik: Ağır texnikaların hidravlik, pnevmatik, elektrik və mexaniki sistemləri barədə dərin və praktiki biliklər. Elektron avtokataloqları ilə işləmə bacarığı mütləqdir.
  • Proqram Təminatı: Anbar idarəetmə sistemləri və ya ERP proqramları MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı
  • Dil Bilikləri: Texniki sənədləşmə və xarici təchizatçılarla danışıqlar üçün İngilis dili (yaxşı səviyyədə) və Rus dili (üstünlükdür).

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly473
  • Monthly1041