Tələb olunan bilik və bacarıqlar:
- Orta ixtisas və ya ali təhsil;
- Hərbi mükəlləfiyyətli olmaq;
- Yaş həddi: 20–25 yaş;
- Anbar uçotu və inventarlaşdırma üzrə ilkin biliklər;
- Məsuliyyətli və diqqətli olmaq;
- Fiziki işləri yerinə yetirmə bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Vaxtın idarə olunması;
- MS Excel üzrə ilkin biliklər arzuolunandır;
- Anbar proqramları ilə işləmə bacarığı üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan və çıxan malların qəbulu və təhvil verilməsini təmin etmək;
- Malların düzgün yerləşdirilməsini və qorunmasını təmin etmək;
- Anbarda olan məhsulların uçotunu aparmaq;
- İnventarizasiya prosesində iştirak etmək;
- Mal-material çatışmazlıqlarını vaxtında aşkar edib rəhbərliyə məlumat vermək;
- Anbarın təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Yükləmə və boşaltma işlərində iştirak etmək;
- Anbar sənədlərinin düzgün aparılmasını təmin etmək;
- Təhlükəsizlik və daxili qaydalara riayət etmək.
Əmək haqqı:
- Əmək haqqı 600–900 AZN aralığında olmaqla, namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcəkdir;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmi əmək müqaviləsi;
- Sabit iş qrafiki və sosial təminatlar
Vakansiyanın tələblərinə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.