Tələb olunan bilik və bacarıqlar:
- Orta ixtisas və ya ali təhsil (Elektronika, Elektrik, Avtomatika və ya oxşar sahələr üzrə)
- Hərbi mükəlləfiyyətli olmaq;
- Yaş həddi: 20–25 yaş;
- Elektron komponentlər (rezistor, kondensator, tranzistor, rele və s.) üzrə biliklər;
- Elektron sxemlərin oxunması və analiz edilməsi bacarığı;
- Ölçü cihazları ilə işləmək bacarığı (multimetr, osiloskop və s.)
- Lehimləmə və komponentlərin dəyişdirilməsi bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Texniki nasazlıqları həll etmə bacarığı;
- Komanda ilə işləmək və ünsiyyət bacarıqları;
- Vaxtın idarə olunması;
- Təhlükəsizlik qaydalarına əməl etmək.
Vəzifə öhdəlikləri:
- Elektron avadanlıqların diaqnostikasını aparmaq və nasazlıqları aradan qaldırmaq;
- Elektron lövhələrin (PCB) təmiri və bərpasını həyata keçirmək;
- Elektron sistemləri yığmaq, sazlamaq və test etmək;
- Nasaz komponentləri aşkar etmək və dəyişdirmək;
- Elektron avadanlıqların profilaktik baxımını həyata keçirmək;
- Təmir və texniki xidmət zamanı texniki sənədlərə uyğun işləmək;
- Avadanlıqlarda yaranan problemlər barədə hesabatların hazırlanması;
- Yeni qurğuları quraşdırmaq və ilkin sazlamanı həyata keçirmək;
- Təhlükəsizlik və texniki normalara riayət olunmasını təmin etmək.
Əmək haqqı:
- Əmək haqqı 700–1000 AZN aralığında olmaqla, namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcəkdir;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi.
Vakansiyanın tələblərinə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Elektronika üzrə mütəxəssis (Elektronçu)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.