Iktex Iktex
  • 1.4K

Iktex

İKT

İT mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İT mütəxəssis

  • Deadline 6 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Ən azı 6 ay iş təcrübəsi;
  • Hərbi mükəlləfiyyətli olmaq;
  • Yaş həddi: 22-26 yaş;
  • Yaxşı ünsiyyət bacarıqları; 
  • Analitik düşünmə qabiliyyəti;
  • Zamanın idarə olunması bacarığı;
  • Microsoft Windows və Linux Əməliyyat Sistemləri üzrə biliklər;
  • İP və analog kameralar üzrə ilkin biliklər;
  • Kabel çəkilişi və digər oxşar fiziki işləri bacarmaq;

Vəzifə öhdəlikləri:

  • Sistem səhvlərinin və avadanlıqların diaqnozunu aparmaq və nasazlıqları aradan qaldırmaq;
  • İstifadəçi problemlərinin tam həll olunmasını təmin etmək;
  • Yeni kompüterləri quraşdırmaq və korporativ domenə qoşmaq;
  • Yeni istifadəçilər üçün hesablar yaratmaq;
  • USB və şəbəkə printerlərində və skanerlərdə yaranan problemləri aradan qaldırmaq;
  • İT avadanlıqlarını dəyişmək və tələb olunduqda təmir etmək;
  • DVR və NVR avadanlıqlarını quraşdırmaq;
  • Kompüterləri təmir etmək (RAM/HDD/enerji bloku və termopastanın dəyişdirilməsi və s.)
  • Mövcud şəbəkə xətlərində yaranmış problemlərin müəyyən etmək və aradan qaldırılması.

Üstünlüklərimiz:

  • Professional inkişaf üçün təlimlərin təşkili.

Əmək haqqı:

  • Əmək haqqı 700-1000 AZN, müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır;
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmiləşdirmə.

Vakansinın tələblərinə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “İT mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly478
  • Monthly597