Tələb olunan bilik və bacarıqlar:
- Orta ixtisas və ya ali təhsil
- Hərbi mükəlləfiyyətli olmaq
- Yaş həddi: 20–25 yaş
- Yaxşı ünsiyyət bacarıqları
- Analitik düşünmə qabiliyyəti
- Zamanın effektiv idarə olunması bacarığı
- Microsoft Windows əməliyyat sistemi üzrə biliklər
- IP və analoq kameralar üzrə ilkin biliklər
- Kabel çəkilişi və digər oxşar fiziki işləri yerinə yetirmə bacarığı
- IP telefoniya sistemlərinin quraşdırılması üzrə biliklər (arzuolunandır)
Vəzifə öhdəlikləri:
- Sistem səhvlərinin və avadanlıqların diaqnostikasını aparmaq, nasazlıqları aradan qaldırmaq
- İstifadəçilər tərəfindən müraciət edilən problemlərin tam və vaxtında həllini təmin etmək
- Yeni kompüterlərin quraşdırılmasını həyata keçirmək və korporativ domenə qoşmaq
- Yeni istifadəçilər üçün hesablar yaratmaq və müvafiq sazlamaları aparmaq
- USB və şəbəkə printerləri, həmçinin skanerlərlə bağlı yaranan problemləri aradan qaldırmaq
- İT avadanlıqlarının dəyişdirilməsini və zərurət yarandıqda təmirini həyata keçirmək
- DVR və NVR avadanlıqlarını quraşdırmaq və sazlamaq
- Kompüterlərin təmirini həyata keçirmək (RAM, HDD/SSD, enerji bloku, termopastanın dəyişdirilməsi və s.)
- Kamera, siqnalizasiya və digər təhlükəsizlik avadanlıqlarının quraşdırılmasını təmin etmək
- Mövcud şəbəkə xətlərində yaranan problemləri müəyyən etmək və aradan qaldırmaq
Əmək haqqı:
- Əmək haqqı 700–1000 AZN aralığında olmaqla, namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcəkdir;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi.
Vakansiyanın tələblərinə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İT üzrə texniki dəstək mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.