Vəzifə Öhdəlikləri
- Mövcud kabel xətlərinin demontaj işlərini yerinə yetirmək;
- Metro xətləri üzrə tunellərdə, yarımstansiyalarda və platformaaltı sahələrdə yeni kabel xətlərinin montajını həyata keçirmək;
- Sonluq və birləşdirici muftaların quraşdırılmasını icra etmək, kabel ekranlarının torpaqlanmasını təmin etmək;
- Kabel xətlərinin marşrut boyunca markalanmasını aparmaq, başlanğıc və sonlanma nöqtələrini, gərginlik sinfini, fazanı və xətt nömrəsini düzgün qeyd etmək;
- Elektrik sxemlərini, layihə çertyojlarını və texniki sənədləri oxumaq və iş prosesində tətbiq etmək;
- Elektrik avadanlıqlarında yaranan nasazlıqların aşkarlanması və aradan qaldırılmasında iştirak etmək;
- Profilaktik baxış və texniki xidmət işlərini həyata keçirmək;
- Torpaqlama sistemlərinin vəziyyətinə nəzarət etmək;
- Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
- Görülmüş işlər barədə gündəlik və dövri hesabatları rəhbərliyə təqdim etmək;
- Fövqəladə hallarda elektrik sistemlərinin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək.
Tələblər
- Elektrik, elektroenergetika və ya əlaqəli sahə üzrə peşə və ya texniki təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Elektrik sxemləri və layihə çertyojlarını oxuma bacarığı;
- Metro, tunel və digər yeraltı infrastrukturlarda iş təcrübəsi üstünlük hesab olunur;
- Elektrik təhlükəsizliyi üzrə minimum III qrup sertifikatının olması üstünlükdür;
- Gecə növbəsində işləməyə hazır olmaq;
- Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı.
İş Şəraiti
- İş yeri: "Bakı Metropoliteni" QSC-nin yarımstansiyalar arası 6/10 kV giriş və aralıq kabel xətlərinin yenilənməsi
- İş rejimi: Gecə növbəsi;
- İş saatları: 00:00 – 06:00;
- İş günləri: 5 günlük
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.