Elektrik ( Metropoliten üzrə )

  • Deadline 9 July 2026

 

Vəzifə Öhdəlikləri

  • Mövcud kabel xətlərinin demontaj işlərini yerinə yetirmək;
  • Metro xətləri üzrə tunellərdə, yarımstansiyalarda və platformaaltı sahələrdə yeni kabel xətlərinin montajını həyata keçirmək;
  • Sonluq və birləşdirici muftaların quraşdırılmasını icra etmək, kabel ekranlarının torpaqlanmasını təmin etmək;
  • Kabel xətlərinin marşrut boyunca markalanmasını aparmaq, başlanğıc və sonlanma nöqtələrini, gərginlik sinfini, fazanı və xətt nömrəsini düzgün qeyd etmək;
  • Elektrik sxemlərini, layihə çertyojlarını və texniki sənədləri oxumaq və iş prosesində tətbiq etmək;
  • Elektrik avadanlıqlarında yaranan nasazlıqların aşkarlanması və aradan qaldırılmasında iştirak etmək;
  • Profilaktik baxış və texniki xidmət işlərini həyata keçirmək;
  • Torpaqlama sistemlərinin vəziyyətinə nəzarət etmək;
  • Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
  • Görülmüş işlər barədə gündəlik və dövri hesabatları rəhbərliyə təqdim etmək;
  • Fövqəladə hallarda elektrik sistemlərinin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək.

Tələblər

  • Elektrik, elektroenergetika və ya əlaqəli sahə üzrə peşə və ya texniki təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Elektrik sxemləri və layihə çertyojlarını oxuma bacarığı;
  • Metro, tunel və digər yeraltı infrastrukturlarda iş təcrübəsi üstünlük hesab olunur;
  • Elektrik təhlükəsizliyi üzrə minimum III qrup sertifikatının olması üstünlükdür;
  • Gecə növbəsində işləməyə hazır olmaq;
  • Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı.

İş Şəraiti

  • İş yeri: "Bakı Metropoliteni" QSC-nin yarımstansiyalar arası 6/10 kV giriş və aralıq kabel xətlərinin yenilənməsi
  • İş rejimi: Gecə növbəsi;
  • İş saatları: 00:00 – 06:00;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

 

  • Daily1
  • Weekly301
  • Monthly1026