IMA Energy IMA Energy
  • 620

Ofis Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis Meneceri

  • Deadline 24 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi Müddəalar

  • Ofis meneceri direktorun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.
  • Ofis meneceri vəzifəsinə ali təhsili olan və müvafiq iş üzrə 1 ildən az olmayaraq iş stajı olan şəxs təyin oluna bilər.
  • Ofis meneceri struktur bölgüsünə müvafiq olaraq subordinasiya üzrə digər ali vəzifəli şəxsə tabedir.
  • Ofis meneceri aşağıdakıları bilməlidir:
  • “İMA-ENERGY” QSC -nin Nizamnaməsi;
  • “İMA-ENERGY” QSC -nin Direktorunun əmr və göstərişləri;
  • Qanunvericilik üzrə digər biliklər (Azərbaycan Respublikasının Konstitusiyası, məcəllələr, qanunlar, qaydalar və digər normativ-hüquqi aktlar.)
  • Kargüzarlığn əsasını;
  • Əmək hüququnun əsasları, əməyin mühafizəsi tələbləri və yanğın təhlükəsizliyi qaydaları;
  • Daxili nizam intizam qaydaları qaydaları.
  • Ofis meneceri öz işində aşağıdakı sənədləri rəhbər tutur:
  • Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi;
  • Müvafiq şöbənin əsasnaməsi;
  • Hazırki vəzifə təlimatı.

Vəzifə borcları

  • Ofisə gələn qonaqların qarşılanması və yerləşdirilməsi;
  • Rəsmi məktublarrın tərtib edilməsində digər şöbələrlə əlaqəli işin qurulması;
  • Görüşlərin və brifinqlərin təşkili, toplantı otaqlarının təşkili;
  • Ofisin lazım olan dəftərxana ləvazimatları, materiallar və digər inventarlarla təmin edilməsi, işçilər arasında bölgüsünün, paylanmasının və sadalanan dəyərlərdən səmərəli istifadəsinin təmin edilməsi;
  • Ofis daxilində təmizliyin, səliqə - səhmanın saxlanmasının təmin edilməsi;
  • “Daxili İntizam” qaydalarını rəhbər tutaraq ofis daxili qaydalara riayyət edilməsinə nəzarət edilməsi;
  • Masaların, stolların və digər ofis daxili əşyalara baxış keçirilməsi, nasazlıqların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Qiymətli əşyaların qorunub saxlanmasının təmin edilməsi;
  • Ofis xərclərinə nəzarət edilməsi;
  • Zənglərin qəbulu və aidiyyatı şöbələr və şəxslər üzrə yönləndirilməsi;
  • Sənədlərin şöbələr üzrə paylanmasının, göndərilən sənədlərin vaxtında ünvana çatdırılmasının təmin edilməsi;
  • Ofis avadanlıqlarının invetarizasiyası;
  • Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi, qovluqların standartlara uyğun tərtib edilməsi;
  • Direktora imza üçün təqdim olunan  məktubların, sənədlərin baxış üçün qəbul edilməsi, lazım gəldikdə düzəlişlərin aparılmasının tələb edilməsi;
  • Direktor və Müşahidə Şurasının işi üçün zəruri sənədlərin hazırlannması;
  • Direktorun  telefon danışıqlarının təşkil edilməsi, onun olmadığı müddətdə alınan məlumatların qeyd edilməsi və məlumatların onun diqqətinə çatdırılması, qəbuledici və ünsiyyət qurğularında  məlumatların, həmçinin telefon mesajlarının ötürülməsi;  
  • Direktorun göstərişi ilə məktubların tərtib edilməsi, sorğuların hazırlanması və. s digər sənədlərin hazırlanması;
  • Direktor tərəfindən keçirilən iclasların və iclasların hazırlanması işlərinin aparılması (zəruri materialları toplanması, iclasın vaxtı və yeri, gündəliyi, qeydiyyatı barədə iştirakçılara məlumat verilməsi, iclas və iclas protokollarının tərtib edilməsi);
  • Gündəlik elektron məktubların qəbulu, cavablandırılması, aidiyyatı şəxslərə yönləndirilməsi;
  • Ofisin iş günün sonunda yoxlanılması, ofis texnikalarının bağlanılması, yeni iş gününə ofisin hazır vəziyyətə gətirilməsinin təmin edilməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

Hüquqları

  • Normal iş şəraiti ilə təmin edilməsi;
  • İşin təkmilləşdirilməsi üzrə rəhbərliyə mövcud vəzifə təlimatının borcları ilə nəzərdə tutulmuş təkliflərin təqdim edilməsi;
  • Səlahiyyəti çərçivəsində bilavasitə rəhbərinə vəzifə borclarının yerinə yetirilməsi prosesi zamanı aşkarlanmış bütün çatışmazlıqlar haqqında məlumat verilməsi və onların aradan qaldırılmasına görə təkliflərin təqdim edilməsi;
  • Direktorun tapşırığının yerinə yetirilməsi üçün təşkilatın bölmələrindən və digər mütəxəssislərdən zəruri olan məlumatın və sənədin şəxsən və ya direktorun tapşırığına əsasən tələb edilməsi;
  • Rəhbərlikdən vəzifə borcları və hüququnun yerinə yetirilməsində köməkliyin göstərilməsinin tələb edilməsi.

Məsuliyyəti

  • Qüvvədə olan Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsi;
  • Qüvvədə olan Azərbaycan Respublikasının inzibati, cinayət və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada - fəaliyyətinin həyata keçirilməsi prosesi zamanı yol verilmiş qanun pozuntuları;
  • Qüvvədə olan Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada - maddi ziyanın vurulması;
  • Müəssisənin mənafeyinin qorunmaması, məxfi məlumatın və sənədlərin üçüncü şəxslərə verilməsi;
  • İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıması.

İş şəraiti

  • Əmək haqqı: 600 AZN NET
  • Ünvan: Yeni Yasamal, Royal Park yaşayış kompleksi
  •  Nahar vaxtı: 13:00-14:00
  • İş rejimi: 6 günlük

Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily6
  • Weekly716
  • Monthly2615