Ümumi Müddəalar
- Ofis meneceri direktorun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.
- Ofis meneceri vəzifəsinə ali təhsili olan və müvafiq iş üzrə 1 ildən az olmayaraq iş stajı olan şəxs təyin oluna bilər.
- Ofis meneceri struktur bölgüsünə müvafiq olaraq subordinasiya üzrə digər ali vəzifəli şəxsə tabedir.
- Ofis meneceri aşağıdakıları bilməlidir:
- “İMA-ENERGY” QSC -nin Nizamnaməsi;
- “İMA-ENERGY” QSC -nin Direktorunun əmr və göstərişləri;
- Qanunvericilik üzrə digər biliklər (Azərbaycan Respublikasının Konstitusiyası, məcəllələr, qanunlar, qaydalar və digər normativ-hüquqi aktlar.)
- Kargüzarlığn əsasını;
- Əmək hüququnun əsasları, əməyin mühafizəsi tələbləri və yanğın təhlükəsizliyi qaydaları;
- Daxili nizam intizam qaydaları qaydaları.
- Ofis meneceri öz işində aşağıdakı sənədləri rəhbər tutur:
- Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi;
- Müvafiq şöbənin əsasnaməsi;
- Hazırki vəzifə təlimatı.
Vəzifə borcları
- Ofisə gələn qonaqların qarşılanması və yerləşdirilməsi;
- Rəsmi məktublarrın tərtib edilməsində digər şöbələrlə əlaqəli işin qurulması;
- Görüşlərin və brifinqlərin təşkili, toplantı otaqlarının təşkili;
- Ofisin lazım olan dəftərxana ləvazimatları, materiallar və digər inventarlarla təmin edilməsi, işçilər arasında bölgüsünün, paylanmasının və sadalanan dəyərlərdən səmərəli istifadəsinin təmin edilməsi;
- Ofis daxilində təmizliyin, səliqə - səhmanın saxlanmasının təmin edilməsi;
- “Daxili İntizam” qaydalarını rəhbər tutaraq ofis daxili qaydalara riayyət edilməsinə nəzarət edilməsi;
- Masaların, stolların və digər ofis daxili əşyalara baxış keçirilməsi, nasazlıqların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Qiymətli əşyaların qorunub saxlanmasının təmin edilməsi;
- Ofis xərclərinə nəzarət edilməsi;
- Zənglərin qəbulu və aidiyyatı şöbələr və şəxslər üzrə yönləndirilməsi;
- Sənədlərin şöbələr üzrə paylanmasının, göndərilən sənədlərin vaxtında ünvana çatdırılmasının təmin edilməsi;
- Ofis avadanlıqlarının invetarizasiyası;
- Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi, qovluqların standartlara uyğun tərtib edilməsi;
- Direktora imza üçün təqdim olunan məktubların, sənədlərin baxış üçün qəbul edilməsi, lazım gəldikdə düzəlişlərin aparılmasının tələb edilməsi;
- Direktor və Müşahidə Şurasının işi üçün zəruri sənədlərin hazırlannması;
- Direktorun telefon danışıqlarının təşkil edilməsi, onun olmadığı müddətdə alınan məlumatların qeyd edilməsi və məlumatların onun diqqətinə çatdırılması, qəbuledici və ünsiyyət qurğularında məlumatların, həmçinin telefon mesajlarının ötürülməsi;
- Direktorun göstərişi ilə məktubların tərtib edilməsi, sorğuların hazırlanması və. s digər sənədlərin hazırlanması;
- Direktor tərəfindən keçirilən iclasların və iclasların hazırlanması işlərinin aparılması (zəruri materialları toplanması, iclasın vaxtı və yeri, gündəliyi, qeydiyyatı barədə iştirakçılara məlumat verilməsi, iclas və iclas protokollarının tərtib edilməsi);
- Gündəlik elektron məktubların qəbulu, cavablandırılması, aidiyyatı şəxslərə yönləndirilməsi;
- Ofisin iş günün sonunda yoxlanılması, ofis texnikalarının bağlanılması, yeni iş gününə ofisin hazır vəziyyətə gətirilməsinin təmin edilməsi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Hüquqları
- Normal iş şəraiti ilə təmin edilməsi;
- İşin təkmilləşdirilməsi üzrə rəhbərliyə mövcud vəzifə təlimatının borcları ilə nəzərdə tutulmuş təkliflərin təqdim edilməsi;
- Səlahiyyəti çərçivəsində bilavasitə rəhbərinə vəzifə borclarının yerinə yetirilməsi prosesi zamanı aşkarlanmış bütün çatışmazlıqlar haqqında məlumat verilməsi və onların aradan qaldırılmasına görə təkliflərin təqdim edilməsi;
- Direktorun tapşırığının yerinə yetirilməsi üçün təşkilatın bölmələrindən və digər mütəxəssislərdən zəruri olan məlumatın və sənədin şəxsən və ya direktorun tapşırığına əsasən tələb edilməsi;
- Rəhbərlikdən vəzifə borcları və hüququnun yerinə yetirilməsində köməkliyin göstərilməsinin tələb edilməsi.
Məsuliyyəti
- Qüvvədə olan Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsi;
- Qüvvədə olan Azərbaycan Respublikasının inzibati, cinayət və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada - fəaliyyətinin həyata keçirilməsi prosesi zamanı yol verilmiş qanun pozuntuları;
- Qüvvədə olan Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada - maddi ziyanın vurulması;
- Müəssisənin mənafeyinin qorunmaması, məxfi məlumatın və sənədlərin üçüncü şəxslərə verilməsi;
- İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıması.
İş şəraiti
- Əmək haqqı: 600 AZN NET
- Ünvan: Yeni Yasamal, Royal Park yaşayış kompleksi
- Nahar vaxtı: 13:00-14:00
- İş rejimi: 6 günlük
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.