İMA Energy MMC şirkəti Ağdam,Qərvənd kəndinin tikinti layihəsi üçün mülki işlər üzrə QA/QC mühəndisi axtarır. Namizəd sahədə icra olunan beton, bünövrə, kərpic hörgüsü, su izolyasiyası və digər mülki işlərin layihə, texniki spesifikasiyalar və beynəlxalq keyfiyyət standartlarına uyğun icrasına nəzarət etməlidir.
İş şəraiti:
- İş yeri: Ağdam, Qərvənd kəndi
- Layihə növü: Tikinti layihələri
- İş rejimi: Tam ştat (Project-based)
- İş qrafiki: Həftədə 6 iş günü
- Əmək haqqı: Razılaşma yolu ilə
- Gün ərzində 3 dəfə qidalanma və qalma yeri ilə təminat.
Əsas vəzifələr:
- Sahədə gündəlik tikinti proseslərinə nəzarət və keyfiyyət yoxlamalarının həyata keçirilməsi
- Beton tökmə, qəlibləmə, armaturlama, su izolyasiyası və s. üzrə texniki nəzarət
- Keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması: ITP-lər, yoxlama siyahıları, metod bəyanatları, MAR,MIR, NCR və s.
- As-built sənədlərinin hazırlanması və yoxlanması
- Subpodratçılar və layihə komandası ilə koordinasiyalı şəkildə işləmək
- Material qəbul proseslərinə və laboratoriya testlərinə nəzarət
- Yüksək keyfiyyət standartlarına uyğun icranın təmin edilməsi
- Keyfiyyət üzrə daxili və xarici auditlərdə iştirak
- Gündəlik və həftəlik keyfiyyət hesabatlarının hazırlanması
Tələblər:
- Mülki mühəndislik üzrə ali təhsil
- Mülki işlər üzrə QA/QC sahəsində minimum 3 il iş təcrübəsi
- Tikinti çertyojlarını oxuma və texniki spesifikasiyalarla işləmə bacarığı
- MS Office, AutoCAD və digər texniki proqramlarda işləmə bacarığı
- ISO 9001 və müvafiq keyfiyyət sistemləri üzrə bilik
- Sahə nəzarəti, sənədləşmə və texniki hesabat hazırlama bacarığı
- Problemlərin operativ həlli və komandada işləmə bacarığı
- Detallara diqqətli və məsuliyyətli iş yanaşması
Müraciət qaydası:
Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və əlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Mülki işlər) – Sizin Adınız” qeyd olunmalıdır.