Təchizat üzrə mütəxəsis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizat üzrə mütəxəsis

  • Deadline 9 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • Ərazi: Ağdam rayonu, Qərvənd
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam iş günü (6 günlük iş qrafiki)
  • Müqavilə: Əmək müqaviləsi

Vəzifə təlimatı:

  • Şirkət daxili satınalma və təchizat prosedurlarına, əmr və təlimatlara riayət olunmasına nəzarət etmək;
  • Etibarlı və peşəkar təchizatçı bazasının formalaşdırılması və inkişaf etdirilməsi prosesində iştirak etmək;
  • Daxili və xarici bazarların araşdırılması, qiymət və təchizat imkanlarının təhlili və təkliflərin hazırlanması;
  • Sifariş edilən mal və materialların texniki tələblərə və keyfiyyət standartlarına uyğun şəkildə təmin olunmasını təşkil etmək;
  • Təchizatçıların performansını izləmək, qiymətləndirmək və hesabatlar hazırlamaq;
  • Təchizat prosesinin şirkət prosedurlarına uyğun şəkildə və vaxtında həyata keçirilməsini təmin etmək;
  • Sifariş formalarının analizi, düzgün yerləşdirilməsi, nəzarətdə saxlanılması və aidiyyəti üzrə yönləndirilməsi;
  • Tikinti və istismar sahələri üçün tələb olunan malların və materialların təchizatına nəzarət etmək;
  • Bazar araşdırması nəticəsində ən uyğun və səmərəli təchizat variantlarını müəyyənləşdirmək;
  • Təchizat proseslərini optimal maliyyə və logistika şərtləri ilə həyata keçirmək;
  • Müvafiq hesabatların hazırlanması, təchizat üzrə statistik və maliyyə məlumatlarının təhlil edilməsi;
  • Ödəniş sorğularının hazırlanması, təchizatla bağlı ödənişlərin düzgünlüyünə nəzarət etmək;
  • Müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət, müqavilələrin sənədləşdirilməsi və izlənməsi;
  • Təchizatla bağlı riskləri müəyyən etmək və vaxtında müvafiq tədbirlər görmək;
  • Şirkətdaxili bölmələrlə effektiv kommunikasiyanın və əməkdaşlığın təmin edilməsi.

Tələblər:

  • Təhsil: Natamam ali təhsil (bakalavr)
  • Yaş həddi: 25–45 yaş
  • Ali təhsil (iqtisadiyyat ixtisası üzrə);
  • CIPS (Chartered Institute of Procurement & Supply) sertifikasiyası – arzuolunandır;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı;
  • Təchizat sahəsində minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) və ERP sistemlərində işləmə bacarığı;
  • Yüksək məsuliyyət, dəqiqlik və operativlik;
  • Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq;
  • Problemləri təhlil və həll etmə bacarığı;
  • Yaxşı ünsiyyət və əlaqə qurma bacarığı.

Maraqlanan şəxslərdən CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəsis” yazmaqla Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərmələri xahiş olunur

  • Daily24
  • Weekly620
  • Monthly1168