SMM mütəxəssisi

  • Истекает 27 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq komandasına sosial media hesablarının idarə olunması, rəqəmsal reklam kampaniyalarının həyata keçirilməsi və vizual kontentin hazırlanması üzrə kreativ, məsuliyyətli və nəticəyönümlü SMM mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri:

Sosial media idarəçiliyi

  • Şirkətə məxsus brendlərin sosial media hesablarının (Instagram, Facebook, TikTok) idarə olunması;
  • Aylıq kontent planının hazırlanması və icrasının təmin edilməsi;
  • Brendin kommunikasiya strategiyasına uyğun kreativ kontent ideyalarının hazırlanması;
  • Post, Story, Reels və TikTok videoları üçün mətnlərin və ssenarilərin hazırlanması;
  • Foto və video çəkilişlərinin təşkili və çəkiliş prosesində iştirak;
  • Sosial media üzərindən daxil olan şərh və mesajların operativ cavablandırılması;
  • Rəqiblərin sosial media fəaliyyətinin və aktual trendlərin mütəmadi təhlil edilməsi.

Rəqəmsal reklam və analitika

  • Meta Ads Manager və TikTok Ads Manager platformalarında reklam kampaniyalarının yaradılması, idarə olunması və optimallaşdırılması;
  • Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və seqmentləşdirilməsi;
  • Ayrılmış reklam büdcəsinin effektiv idarə olunması;
  • Reklam kampaniyalarının effektivliyinin təhlil edilməsi (CTR, CPC, CPM, CPA, ROAS);
  • Brendin tanınmasının, auditoriya aktivliyinin və satış göstəricilərinin artırılmasına yönəlmiş reklam kampaniyalarının həyata keçirilməsi;
  • Həftəlik və aylıq hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • SMM və rəqəmsal marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Meta Ads Manager və TikTok Ads Manager platformaları üzrə praktiki bilik və bacarıqlar;
  • Qrafik dizayn üzrə ilkin (Junior) səviyyədə bilik və bacarıqlar;
  • Sosial media alqoritmləri və rəqəmsal marketinq trendləri haqqında məlumatlı olmaq;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Kreativ düşüncə və analitik yanaşma;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və vaxtın düzgün idarə olunması;
  • Komandada işləmək və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı;
  • FMCG və ya qida sektorunda iş təcrübəsi üstünlükdür.

Maaş – 800 Azn

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerində SMM mütəxəssisi qeyd edilməlidir.

  • Daily112
  • Weekly477
  • Monthly1941