Marketinq komandasına sosial media hesablarının idarə olunması, rəqəmsal reklam kampaniyalarının həyata keçirilməsi və vizual kontentin hazırlanması üzrə kreativ, məsuliyyətli və nəticəyönümlü SMM mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
Sosial media idarəçiliyi
- Şirkətə məxsus brendlərin sosial media hesablarının (Instagram, Facebook, TikTok) idarə olunması;
- Aylıq kontent planının hazırlanması və icrasının təmin edilməsi;
- Brendin kommunikasiya strategiyasına uyğun kreativ kontent ideyalarının hazırlanması;
- Post, Story, Reels və TikTok videoları üçün mətnlərin və ssenarilərin hazırlanması;
- Foto və video çəkilişlərinin təşkili və çəkiliş prosesində iştirak;
- Sosial media üzərindən daxil olan şərh və mesajların operativ cavablandırılması;
- Rəqiblərin sosial media fəaliyyətinin və aktual trendlərin mütəmadi təhlil edilməsi.
Rəqəmsal reklam və analitika
- Meta Ads Manager və TikTok Ads Manager platformalarında reklam kampaniyalarının yaradılması, idarə olunması və optimallaşdırılması;
- Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və seqmentləşdirilməsi;
- Ayrılmış reklam büdcəsinin effektiv idarə olunması;
- Reklam kampaniyalarının effektivliyinin təhlil edilməsi (CTR, CPC, CPM, CPA, ROAS);
- Brendin tanınmasının, auditoriya aktivliyinin və satış göstəricilərinin artırılmasına yönəlmiş reklam kampaniyalarının həyata keçirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- SMM və rəqəmsal marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Meta Ads Manager və TikTok Ads Manager platformaları üzrə praktiki bilik və bacarıqlar;
- Qrafik dizayn üzrə ilkin (Junior) səviyyədə bilik və bacarıqlar;
- Sosial media alqoritmləri və rəqəmsal marketinq trendləri haqqında məlumatlı olmaq;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- Kreativ düşüncə və analitik yanaşma;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və vaxtın düzgün idarə olunması;
- Komandada işləmək və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı;
- FMCG və ya qida sektorunda iş təcrübəsi üstünlükdür.
Maaş – 800 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerində SMM mütəxəssisi qeyd edilməlidir.