İMEC Mühəndislik İMEC Mühəndislik

CAD Designer / Draftsman – Təcrübəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

CAD Designer / Draftsman – Təcrübəçi

  • Deadline 7 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi vəzifə öhdəlikləri:

  • AutoCAD proqramında 2D texniki çertyojların hazırlanmasına dəstək vermək;
  • Mövcud detalların ölçülərinin götürülməsi və çertyojda əks etdirilməsi;
  • Sadə 3D modellərin hazırlanmasına dəstək olmaq;
  • İstehsalat üçün texniki çertyoj və sənədlərin hazırlanmasında iştirak etmək;
  • Reverse Engineering layihələrində iştirak etmək;
  • Çertyojların ölçü, material və texniki tələblərə uyğun hazırlanmasına dəstək vermək;
  • Çertyojların düzgün şəkildə kodlaşdırılması və arxivləşdirilməsində iştirak etmək;
  • Production Engineer və istehsalat komandası ilə koordinasiyalı işləmək.

Namizədə qarşı tələblər:

  • Universiteti yeni bitirmiş və ya son kurs tələbəsi;
  • Mexanika, maşınqayırma, mühəndislik və ya əlaqəli ixtisas üzrə təhsil;
  • AutoCAD proqramı üzrə baza bilikləri;
  • MS Office proqramlarından (Excel, Word, PowerPoint) istifadə bacarığı;
  • Texniki çertyojları oxumaq və anlamaq bacarığı üstünlükdür;
  • SolidWorks, Inventor və ya digər CAD proqramları üzrə bilik üstünlükdür;
  • Öyrənməyə həvəsli, məsuliyyətli və inkişaf yönümlü şəxs;
  • Komanda işi və əməkdaşlıq bacarığı;
  • Diqqətli və detallara önəm verən yanaşma.

Təklif edilən şərtlər:

  • İş rejimi: 5 günlük
  • İş vaxtı: 09:00 – 18:00
  • Nahar vaxtı: 13:00 – 14:00
  • İstirahət günləri: şənbə, bazar
  • Əmək haqqı: 500 AZN
  • Təcrübə müddəti: 3–6 ay (performansa əsasən dəyərləndirilir)

Əlavə faydalar:

  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar təlim və mentor dəstəyi
  • Real istehsalat layihələrində iştirak imkanı
  • Uğurlu performans əsasında daimi iş imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily27
  • Weekly388
  • Monthly639